kriminal.az
Neymar doğma klubuna qayıtdı

Braziliyalı hücumçu Neymar "Santos" klubu ilə müqavilə imzalayıb.

Kriminal.Az xəbər verir ki, bu barədə komandanın "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

"Şahzadə geri döndü", - Braziliya klubunun açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Neymar karyerasına "Santos"da başlayıb və "Barselona"ya transfer olunanadək 2009-2013-cü illərdə bu klubun şərəfini qoruyub.

Top
0.046156883239746