kriminal.az
Danimarka millisinin üzvü

Danimarkalı futbolçu Patrik Dorqu İtaliyanın "Leççe" klubundan İngiltərənin "Mançester Yunayted" komandasına keçib.

Kriminal.Az xəbər verir ki, bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə 2030-cu ilin iyun ayınadək müqavilə imzalanıb.

Jurnalist Fabritsio Romanonun sözlərinə görə, İngiltərə klubu futbolçunun transferi üçün 30 milyon avro ödəyib.

Qeyd edək ki, İtaliya çempionatının cari mövsümündə Dorqu "Leççe"nin heyətində 21 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Dorqunun 20 yaşı var və 2023-cü ilin iyulundan "Leççe"də çıxış edir. Danimarka millisində o 4 oyun keçirib və 1 qol vurub.

Top
0.047530889511108