"Türkiyəyə gəlməyimin tək səbəbi yalnız "Qalatasaray" ola bilərdi".
Kriminal.Az "Kontraspor"a istinadən xəbər verir ki, bunu "Qalatasaray"ın yeni transferi Alvaro Morata İstanbula getdikdən sonra deyib.
"Çox xoşbəxtəm. Çox zəhmət sərf olundu. Prezidentə, cənab Abdullah Kavukcuya və Qardiyə təşəkkür edirəm. "Qalatasaray"a gəldiyim üçün qürur duyuram. Türkiyəyə gəlməyimin yeganə səbəbi "Qalatasaray" ola bilərdi. Mən köynəyimi geyinmək üçün səbirsizlənirəm. Buraya hər şeyimi verməyə gəldim!", - Morata bildirib.