İngiltərə Premyer Liqasının 24-cü turunun "Mançester Yunayted" - "Kristal Pelas" matçı başa çatıb. Komandalar Mançesterdəki "Old Trafford" stadionunda qarşılaşıblar. Matçı Con Bruksun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Oyunun 64-cü və 89-cu dəqiqələrində "Kristal Pelas"ın hücumçusu Jan-Filip Mateta dubl edərək komandasına vacib 3 xalı qazandırıb - 0:2.
24 oyundan sonra "Mançester Yunayted" 29 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir. "Kristal Pelas" eyni sayda oyundan sonra 30 xalla 12-cidir.
Turnir cədvəlinə 56 xalla "Liverpul" başçılıq edir.