Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib.
Kriminal.Az xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" sosial media hesabında yazıb:
"Pakistan İslam Respublikasının Bəlucistan əyalətindəki terror aktı xəbəri bizi dərindən kədərləndi. Düşüncələrimiz və dualarımız terror qurbanlarının ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir".
Deeply saddened by the news of terrorist attack in #Balochistan, Islamic Republic of #Pakistan.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) February 3, 2025
Our thoughts and prayers are with the families of the victims, and we stand in solidarity with Pakistan during this difficult time.
Having faced the devastating impact of…
Qeyd edək ki, Pakistanın cənub-qərbində baş verən silahlı insident zamanı 18 hərbçi həlak olub, 24 döyüşçü zərərsizləşdirilib.