kriminal.az
Vinisius

"Real"ın ulduzu braziliyalı cinah oyunçusu Vinisius Junior klubun müqaviləsini uzatmaq təklifini rədd edib.

Kriminal.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat verib.

Qeyd olunur ki, futbolçu ilə görüşün təşəbbüskarı və onun agenti "Real"ın rəhbərliyi olub və bu görüşdə yeni razılaşma təklif edilib. Razılaşmaya əsasən futbolçunun maaşı ildə 15 milyon avro olacaqdı.

Məlumata görə, Vinisius bu təklifi rədd edib. Ancaq danışıqlar davam edir.

Xatırladaq ki, vingerin "Real" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Top
0.049338102340698