İtaliyanın "Napoli" klubundan transfer olunan gürcüstanlı hücumçu Xviça Kvaratsxeliya PSJ-də qol hesabını açıb.
Kriminal.Az xəbər verir ki, o, PSJ-nin "Monako"nu 4:1 hesabı ilə məğlub etdiyi görüşün 54-cü dəqiqəsində fərqlənib.
Usman Dembelenin dubl etdiyi qarşılaşmada ilk qolu isə Vitinya vurub.
Qeyd edək ki, Xviça Kvaratsxeliya oyunun 67-ci dəqiqəsində Qonsalo Ramosla əvəz olunub.