Bu gün Bolqarıstan millisinin əfsanəvi futbolçusu 1994-cü ilin "Qızıl Top" mükafatçısı Xristo Stoiçkovun 59 yaşı tamam olur.
Kriminal.Az xəbər verir ki, Stoiçkov Bolqarıstan millisi ilə 1994-cü ildə FIFA Dünya Kubokunda dördüncü yerin sahibi olub.
O, turnirdə vurduğu 6 qolla bombardir olduqdan sonra "Qızıl Top" mükafatının sahibi adına yiyələnib.
Qeyd edək ki, Xristo Stoiçkov məşqçi karyerası ərzində "Barselona", "Selta Viqo", "Sundoun", "Rostov", SSKA "Sofya" və Bolqarıstan millisini çalışdırıb.