kriminal.az
Sesk Fabreqas Almaniya klubunu çalışdıra bilər

Bu mövsümdən "Komo"nu çalışdıran Sesk Fabreqasın mübariz komanda formalaşdırması diqqətdən yayınmır.

Kriminal.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Ştutqart" 37 yaşlı ispaniyalı mütəxəssisə gələn mövsüm üçün baş məşqçi vəzifəsini təklif etmək niyyətindədirir.

Qeyd edək ki, son altı oyunda cəmi bir qələbə qazanan "Komo" A Seriyasında 15-ci yerdədir. Bütün turnirlərdə keçirdiyi son dörd matçda bir dəfə qalib gələn "Ştutqart" isə hazırda Bundesliqada 5-ci mövqedə qərarlaşıb. Alman klubu Çempionlar Liqasında mübarizəni 26-cı sırada bitirib.

Top
0.046432971954346