kriminal.az
Premyer Liqa:

Azərbaycan Premyer Liqasının XXII turunda "Şamaxı" evdə "Sumqayıt"ı məğlub edib.

Kriminal.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 60-cı dəqiqədə Brahim Konate vurub.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 22 xalla altıncıdır.

Qeyd edək ki, günün son matçı "Bank Respublika Arena"da "Sabah"la "Turan Tovuz" arasında baş tutacaq. Turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.

Azərbaycan Premyer Liqasının XXII turuna bu gün iki oyunla start veriləcək.

Kriminal.Az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Sumqayıt"ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. "Sumqayıt" hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir. 17 xala malik "Şamaxı" isə doqquzuncudur.

Günün son matçı "Bank Respublika Arena"da "Sabah"la "Turan Tovuz" arasında baş tutacaq. İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək. 36 xala malik "Turan Tovuz" hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sabah" isə 28 xalla altıncıdır.

Premyer Liqa

III dövrə, XXII tur

9 fevral

14:30. "Şamaxı" - "Sumqayıt"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Şamaxı şəhər stadionu.

17:00. "Sabah" - "Turan Tovuz"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.

VAR: Cavid Cəlilov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Azər Əsgərov.

"Bank Respublika Arena".

Qeyd edək ki, turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.

Top
0.046605110168457