kriminal.az
Braziliyada futbol matçından əvvəl KÜTLƏVİ DAVA - 115 azarkeş SAXLANILDI

Braziliyanın Fortaleza şəhərində yerli komanda ilə "Seara" arasındakı futbol matçından əvvəl azarkeşlər arasında şiddətli qarşıdurmalar olub.

Kriminal.Az xəbər verir ki, kütləvi dava nəticəsində xəsarət alanların olduğu bildirilir.

Qarşıdurmalarla əlaqədar 115 nəfər polis tərəfindən saxlanılıb.

Toqquşmalar şəhərin dörd fərqli yerində, o cümlədən oyunun keçirildiyi "Kastelao" stadionunun yaxınlığında baş verib. Saxlanılanlar arasında azarkeş qrupunun rəhbəri də var.

Vəziyyəti sakitləşdirməkdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, özəl mühafizə agentliyinin 500 əməkdaşı da iştirak edib.

Qeyd edək ki, Seara ştatının çempionatı çərçivəsində keçirilən oyunda "Fortaleza" "Seara"ya 1:2 hesabı ilə məğlub olub.

Anar Həsənov

Top
0.048198938369751