40 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu ilə müqaviləsini uzadıb.
Kriminal.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira "X"sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, futbolçunun klubla yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Ronaldu ilə müqavilənin rəsmi uzadılması barədə yaxın vaxtlarda açıqlama veriləcək.