"Qarabağ"dan ayrılan braziliyalı yarımmüdafiəçi ötən gün "Puşkaş FK Akademiya"ya qarşı səfərdə keçirilən Macarıstan çempionatının XIX turunun oyununda meydana çıxıb.
Kriminal.Az xəbər verir ki, turun mərkəz matçında əsas heyətdə yer alan 26 yaşlı futbolçu 66 nömrəli forma ilə sonadək meydanda olub.
Romaonun debüt etdiyi oyunda isə "Ferentsvaroş" 0:1 hesabı ilə uduzub. "Puşkaş FK Akademiya" bu qələbə sayəsində xalını 38-ə yüksəldib və "Ferentsvaroş"u (36 xal) ötərək liderliyə yüksəlib.