kriminal.az
Azərbayacan Premyer Liqası:

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" "Kəpəz" matçı qolsuz bərabərliklə başa çatıb.

Kriminal.Az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə komandalar çox çalışsalar da hesab açılmayıb - 0:0.

Günün digər matçında isə "Zirə" "Neftçi"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha iki görüşü keçiriləcək.

Kriminal.Az xəbər verir ki , "Araz-Naxçıvan" "Kəpəz"i saat 16:00-da, "Zirə" isə "Neftçi"ni saat 19:00-da qəbul edəcək.

Xatırladaq ki, turun digər oyunlarında "Sabah" "Turan Tovuz"u 2:1, "Şamaxı" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək bir qarşılaşma ilə yekun vurulacaq. "Qarabağ" doğma meydanda "Səbail"i qəbul edəcək.

10 Fevral

Azərbaycan Premyer Liqası

XXII tur

Saat 16:00, "Araz-Naxçıvan" - "Kəpəz";

Saat 19:00, "Zirə" - "Neftçi"

Azərbayacan Premyer Liqası: "Araz-Naxçıvan" "Kəpəz" görüşündə qalib müəyyənləşmədi

Top
0.047230005264282