kriminal.az
Qazaxıstanlı 16 yaşlı gənc İngiltərə nəhəngində

Qazaxıstanın "Kayrat" klubu komandanın 16 yaşlı hücumçusu Dastan Satpayevin İngiltərə təmsilçisi "Çelsi"yə transfer olunduğunu açıqlayıb.

Kriminal.Az xəbər verir ki, Satpayev 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqdan sonra London klubunun sıralarına qoşulacaq.

Həmin vaxta qədər gənc forvard "Kayrat"da çıxışını davam etdirəcək.

2024-cü ilin mayında Satpayev 15 yaşında "Kayrat"ın əsas komandasında debüt edib və klub tarixinin ən gənc oyunçusu olub. Ötən mövsüm o, 5 oyun keçirib və bir qol vurub.

Top
0.047239065170288