kriminal.az
İtaliya A Seriyası:

İtaliya A Seriyasında 24-cü turun oyunları başa çatıb.

Kriminal.Az xəbər verir ki, "İnter" öz meydanında "Fiorentina"nı qəbul edib.

Meydan sahiblərinin 2 dəqiq zərbəsinə qonaqlar yalnız bir qolla cavab verməyi bacarıblar - 2:1.

Bu nəticədən sonra xallarını 54-ə çatdıran "İnter" çempionatın hazırki lideri "Napoli" ilə fərqi minimuma endirib. "Fiorentina" isə 42 xalla 6-cı pillədə qərar tutub.

Top
0.047205209732056