kriminal.az
Qapıçı penaltidən vurulan zərbəni dəf edəcəyi təqdirdə təkrar vuruşun ləğvi təklif edildi

FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina qapıçı 11 metrlik nöqtədən vurulan zərbəni dəf edəcəyi təqdirdə təkrar vuruşun ləğv edilməsi kimi gözlənilməz təkliflə çıxış edib.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə o, "Repubblica"ya müsahibəsində bəyan edib.

Kollina Beynəlxalq Futbol Assosiasiyaları Şurasında aparılan müzakirələrdə artıq öz fikrini bildirdiyini vurğulayıb.

"Hesab edirəm ki, ən yaxşı həll bir zərbə olacaq. Bu, əlavə vaxtdan sonrakı penalti kimidir: ya qol vurursunuz, ya da oyunu qapıdan zərbə ilə bərpa edirsiniz və hər şey bununla bitir. Beləliklə, biz adətən penalti qarşısında bütün oyunçuların cərimə meydançası ətrafında toplaşdığı zaman müşahidə olunan qarışıqlıqdan qaça bilərik", - deyə o qeyd edib.

Top
0.047395944595337