Türkiyə Süper Liqasının 25-ci həftəsindəki "Qalatasaray" - "Fənərbağça" derbisinin tarixi açıqlanıb.
Kriminal.Az-ın "Haber Global"a istinadən verdiyi xəbərə görə, maraqla gözlənilən qarşılaşma 24 fevral bazar ertəsi günü oynanılacaq.
Qeyd edək ki, "RAMS Park"da keçiriləcək görüş yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlayacaq.