UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmalarının mərkəzi oyunu kimi İngiltərənin "Mançester Siti" klubu ilə İspaniyanın "Real Madrid" komandası göstərilirdi.
Kriminal.Az xəbər verir ki, gərgin keçən oyunda ilk qolu 19-cu dəqiqədə Erlinq Haalandın dəqiq zərbəsi ilə ev sahibləri vurublar. 60-cı dəqiqədə Kilian Mbappe hesaba tarazlıq gətirsə də, 80-ci dəqiqədə Haalandın dublu ilə "şəhərlilər" yenə önə çıxıblar. 86-cı dəqiqədə Brahim Dias oyunda tarazlığı bərpa edib.
90+2-ci dəqiqədə isə Cud Bellinqem kral klubuna qələbə gətirən qolu vurub - 2:3.

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Mançester Siti" klubu İspaniyanın "Real Madrid" komandası ilə qarşılaşır.
Kriminal.Az xəbər verir ki, fransalı hakim Klement Turpinin idarə etdiyi oyun başlayıb.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Mançester Siti" klubu İspaniyanın "Real Madrid" komandası ilə qarşılaşacaq.
Bakı vaxtı ilə 00:00-da start götürəcək oyunu Kriminal.Az portalından canlı olaraq izləyə bilərsiniz.