kriminal.az
Aqueronun vədi başına bəla oldu: Azarkeşlər qayçı ilə şəklini paylaşırlar

"Mançester Siti" klubunun sabiq hücumçusu Serxio Aquero sosial media hesablarından birində canlı yayım zamanı "Real Madrid" klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti" ilə görüşdə əsla qələbə qazana bilməyəcəyini, əks halda isə xayalarını kəsəcəyini vəd edib.

Kriminal.Az xəbər verir ki, görüş "Real Madrid" klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdığından hər kəs ulduz futbolçudan vədini yerini yetirməsini gözləyib.

Hətta bəzi idman saytları və azarkeşlər Aqueronun şəklini qayçı ilə paylaşaraq, "Nə zaman?" - deyə soruşublar.

Top
0.048119068145752