kriminal.az
Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk oyununda məğlub olub.

Kriminal.Az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İngiltərə ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2.

Digər oyunda Danimarka millisi İspaniyaya 5 cavabsız qolla qalib gəlib.

Günün keçiriləcək digər oyunları:

Fransa - Almaniya

Niderland - Çexiya

Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.

Top
0.046977996826172