"İranda hakimiyyət nümayəndələrinin İslam İnqilabının 46-cı ildönümü ilə bağlı pafoslu çıxışlarına rəğmən, ölkə bu tarixi qeyri-müəyyənlik və ümidsizlik atmosferində qarşılayıb".
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.
Bildirilir ki, bir neçə gün öncə İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə danışıqların məntiqli, müdrik və şərafətli olmadığını bəyan edib, bildirib ki, ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur.
"Onun Qərblə müzakirələri və nəticə etibarilə sanksiyaların azaldılması ehtimalını rədd etməsi mövcud sosial-iqtisadi gərginliyi daha da artırıb. Ali rəhbərin həmin açıqlamasına ilk reaksiyanı valyuta bazarı verib və bir ABŞ dollarının qiyməti 93 min tüməni keçib. Bu isə ölkədə tüğyan edən bahalaşma dalğasının davam edəcəyini və İran təqvimi ilə yeni ilə qədər dolların azı 100 min tümənə çata biləcəyini göstərir.
Vəziyyətin hədsiz dramatikliyi və fəlakətli sonuca aparıb çıxara biləcəyi nüfuzlu "Əsr-Iran" nəşrinin İran Prezidenti yazdığı bu cümlələrdə aydın ifadəsini tapıb: "Biz etiraz edirik, cənab Pezeşkian! Birbaşa və açıq şəkildə etiraz edirik! Siz prezident olanda, bu ölkənin pulu indikindən 57 faiz qiymətli idi, başqa sözlə desək, o zaman bir ABŞ dollarını 59 min tümənə almaq olurdu, indi isə 92 min 550 tümənə! Məlum da deyil ki, bir gün, hətta bir saat sonra nə olacaq?!"
Ətraflı süjetdə:
![](https://img.youtube.com/vi/b3JO_2wZX3U/sddefault.jpg)