Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstandakı fəaliyyətinə görə "Legend" mükafatına layiq görülüb.
Kriminal.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisə mükafatı Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis təqdim edib.
Qeyd edək ki, Fernandu Santuş Yunanıstan karyerası ərzində bu ölkənin milli komandasını, AEK, "Panatinaikos" və PAOK klublarını çalışdırıb.