ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirmək niyyətində olduğunu bildirib.
Kriminal.Az xəbər verir ki, bu barədə "CBC News" yayım korporasiyası məlumat paylaşıb.
Ağ Ev rəhbəri, həmçinin bildirib ki, V.Putin sülh istəyir.
Xatırladaq ki, D.Tramp fevralın 12-də Rusiya lideri ilə telefon danışığı aparıb.