Azərbaycan şahmatçısı Teymur Rəcəbov ölkə çempionatında mübarizəni davam etdirməyəcək.
Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.
Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda üçüncü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, bu gün üçüncü yer uğrunda qarşılaşmada Teymur Rəcəbovla Misrətdin İskəndərov görüşməli idi.