Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinin ilk oyunları keçirilib.
Kriminal.Az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb.
Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.
3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan üstün olub. Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.
Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat mükafat alacaq.
Bu gün şahmat üzrə Azərbaycan çempionatında final oyunlarına start veriləcək.
Kriminal.Az xəbər verir ki, həlledici raundda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gələcəklər.
Üçüncü yer uğrunda qarşılaşmada Teymur Rəcəbovla Misrətdin İskəndərov görüşəcəklər.
Qadınlarda isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə finalda münasibətlərə aydınlıq gətirəcəklər. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Bu cütlər arasında ikinci partiyalar fevralın 14-də baş tutacaq.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.