kriminal.az
Bakı-Quba yolunda ağır qəza: 4 pakistanlı yaralandı

Bakı - Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kriminal.Az "Report"a istinadla xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Top
0.06005597114563