kriminal.az
Bundesliqa: Son çempionla cari mövsümün lideri ilə dueldə qalib olmadı

Almaniya Bundesliqasının 22-ci turu liderlərin qarşılaşması ilə əlamətdar olub.

Kriminal.Az xəbər verir ki, son çempion və cari mövsümün 2-cisi "Bayer" Leverkuzen hazırkı lider "Bavariya"nı qəbul edib.

Görüşdə hesab açılmadığından qalibi müəyyən etmək mümkün olmayıb və tərəflər 1 xalla kifayətləniblər - 0:0.

Beləliklə də, bu nəticədən sonra Münhen klubu 55 xalla yarışın vahid lideridir. Onun ən yaxın izləyicisi olan Leverkuzen təmsilçisi isə 8 xal geri qalır.

Top
0.05522894859314