Beyləqanda özünü güllələyərək öldürən Murad Bayramovun fotosu yayılıb.
Qeyd edək ki, Bakıda yaşayan nazirlik əməkdaşı M.Bayramov qardaşının evinə qonaq gedibmiş.
Kriminal.Az "Unikal"a istinadən fotonu təqdim edir:
Beyləqanda intihar hadisəsi baş verib.
Kriminal.Az xəbər verir ki, 37 yaşlı Murad Bayramov qardaşının evində özünü güllələyərək öldürüb.
Məlumatlara görə, Bakıda yaşayan M.Bayramov qardaşının evinə qonaq gedibmiş.
M.Bayramov Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin əməkdaşı olub.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.