Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyevə Milli Olimpiya Komitəsinə (MOK) fərdi üzv qəbul olunublar.
Kriminal.Az Prosport.Az-a istinadla xəbər verir ki, MOK-un bu gün start götürən IX Hesabat-seçki baş məclisində karate və güləş üzrə hər iki veteran idmançı da iştirak edir.
Onlar MOK-un növbəti 4 il müddətinə üzvü kimi qəbul ediliblər.
Beləliklə, hər iki tanınmış idmançımızın bugünkü MOK Baş Məclisinin seçki prosesində səsvermə hüququ yaranıb.