Fransa millisinin sabiq futbolçusu Olivye Jirunun evi qarət olunub.
Kriminal.Az "TMZ Sports"a istinadən xəbər verir ki, hazırda ABŞ-nin "Los-Anceles" klubunda çıxış edən 38 yaşlı hücumçunun evindən oğurluq edilib.
Onun həyat yoldaşı aidiyyəti qurumlara məlumat verib.
Oğurlanan əşyalar arasında ondan çox saat da olub. Onların ümumi dəyəri təxminən 500 min dollar təşkil edir.
Hələlik həmin şəxslərin kimliyi müəyyən olunmayıb, polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.