Rusiyanın Sverdlovsk vilayətini təmsil edən "POZ-Proress" klubunun iki futbolçusu oyundan sonra eyni gündə yuxuda olarkən ölüblər.
Kriminal.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verib.
Qeyd olunur ki, vəfat edən şəxslər "POZ-Proress" klubunun 32 yaşlı futbolçusu Yan Juravlev və 33 yaşlı digər üzvü Danil Xilobokdur.
Həyatını itirən Y.Juravlevin anası söyləyib ki, oğlu futbol matçından sonra evə gəlib və yatıb. Səhər isə onun həyatını itirdiyi məlum olub.
"Yarılmanın (ekspertiza) nəticəsi elan edilməyib, ona görə də heç nə deyə bilmərəm. O, dopinq qəbul etməyib" - deyə Yan Juravlevin anası qeyd edib.
Mətbuatda yayılan digər xəbərə görə, futbolçular zəhərlənmə nəticəsində həyatlarını itiriblər.