kriminal.az
Tennis matçı atışmaya görə dayandırıldı

Brazzavildə (Konqo Demokratik Respublikası) "Çelencer" seriyalı tennis turnirində rusiyalı tennisçi İvan Denisov ilə niderlandlı Quy den Ouden arasında keçirilən matç kort yaxınlığında baş verən atışma səbəbilə dayandırılıb.

Kriminal.Az-ın chempionat.com-a istinadən verdiyi məlumata görə, atışmadan sonra naməlum şəxslər tüstü qumbaralarından istifadə ediblər. Hadisənin səbəbləri və zərərçəkənlər haqqında məlumat yoxdur. Atışma səslərini eşidən tennisçilər, hakimlər və işçilər kortu tərk ediblər.

Fasilədən sonra matç davam etdirilib. Denisov iki setdə 1:6, 3:6 hesabı ilə məğlub olaraq turnirin 1/8 final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, 24 yaşlı Denisov ATP (Peşəkar Tennisçilər Assosiasiyası) reytinqində 1 119-cu yerdə qərarlaşıb. 22 yaşlı Ouden isə dünya reytinqində 341-ci pillədədir.

Top
0.048206090927124