kriminal.az

İspaniya təmsilçisi "Real Madrid" UEFA Çempionlar Liqasında ardıcıl 22-ci dəfə 1/8 finala yüksələn ilk klub olub.

Kriminal.Az "Opta Sport"a istinadən xəbər verir ki, bu, yarışın pley-off mərhələsində İngiltərənin "Mançester Siti" klubu ilə oyunlardan sonra reallaşıb.

Madrid təmsilçisi sözügedən mərhələnin əsası qoyulduğu 2003/2004 mövsümündən bəri bu göstəriciyə imza atan ilk komanda olub.

Qeyd edək ki, pley-off mərhələsinin ilk matçında "Mançester Siti"ni 3:2 hesabı ilə məğlub edən "Real Madrid" cavab qarşılaşmasında da İngiltərə təmsilçisindən üstün olub - 3:1.

Top
0.047693014144897