kriminal.az
UEFA Konfrans Liqası: Daha 3 klub 1/8 finala vəsiqə qazandı

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yüksələn daha 3 komandanın adına aydınlıq gəlib.

Kriminal.Az xəbər verir ki, "Gent"lə ev matçına səfərdə qazandığı 0:3 hesablı üstünlüklə çıxan "Real Betis" sürprizə imkan verməyib. İspanlar cavab matçında minimal hesabla məğlub olsalar da, Belçika klubunu mübarizədən kənarlaşdırıblar - 0:1 (ümumi hesab - 3:1).

"Lyublyana" ev matçında Bosniya təmsilçisi "Borats Banya Luka" ilə bacarmayıb və ilk matçda aldığı minimal hesablı məğlubiyyət səbəbindən yarışı tərk edib - 0:0 (0:1).

Kiprin iki klubu - "Pafos" və "Omoniya" qarşıdurmasında isə qalib birincilər olub. İlk oyundakı 1:1 hesablı heç-heçəyə cavab olaraq, "Pafos" ev oyununda qalib gəlib - 2:1 (3:2).

Bununla da, "Real Betis", "Pafos" və "Borats Banya Luka" növbəti mərhələyə adlayıblar.

Xatırladaq ki, "Çelsi", "Gimarayeş", "Fiorentina", "Rapid", "Dyürqarden", "Luqano", "Legiya" və "Serkle Brügge" Liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.

Top
0.047168016433716