AFFA aşağı yaş qrupları üzrə daha bir neçə liqada keçiriləcək oyunları təxirə salıb.
Kriminal.Az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.
Beləliklə, AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Qeyd edək ki, daha öncə həmin səbəblə bağlı bütün zonalar üzrə 22 və 23 fevral tarixlərində keçirilməsi planlaşdırılan U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları da təxirə salınıb.