UEFA Konfrans Liqasında 1/8 finala yüksələn son komandalar məlum olub.
Kriminal.Az xəbər verir ki, ilk oyunda doğma azarkeşləri qarşısında "Haydenhaym"a uduzan (1:2) "Kopenhagen" səfərdə məğlubiyyətinin əvəzini çıxmağı bacarıb. Əlavə vaxtdan sonra görüş 1:3 (ümumi hesab - 3:4) hesabı ilə qonaqların xeyrinə bitib.
Həmçinin, APOEL "Çelye"yə məğlub olub 0:2 (2:4). "Yagelloniya" TSC-ni - 3:1 (6:2), "Panatinaikos" "Reykyavik"i - 2:0 (3:2) hesabı ilə yarışdan kənarlaşdırıb. "Şamrok Rovers" isə "Molde"yə penaltilərlə uduzub - 0:1 (1:1, pen. 4:5).
Bununla da, "Kopenhagen", "Çelye", "Yagelloniya", "Panatinaikos", "Molde" növbəti mərhələ iştirakçıları sırasına qoşulub.
Xatırladaq ki, "Çelsi", "Gimarayeş", "Fiorentina", "Rapid", "Dyürqarden", "Luqano", "Legiya" və "Serkle Brügge" Liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb. "Real Betis", "Pafos" və "Borats Banya Luka" isə pley-off sonrası mərhələ adlayıb.