kriminal.az

Bu gün Misli Premyer Liqasının XXIV turunun açılış matçı olan qar səbəbindən təxirə salına bilər.

Bu barədə Kriminal.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat katibi Sənan Abdullayev bildirib.

"Səhər saatlarından hər şey diqqət mərkəzindədir. İlk olaraq "Neftçi Arena"ya əlbəttə diqqət ayırmışıq. Stadionun saat 14:00-dək hazır vəziyyətə gətirilməsinə çalışılacaq. Plana uyğun hərəkət edirik", - deyə S.Abdullayev qeyd edib.

Qeyd edək ki, qarşılaşma təxirə salınmayacağı təqdirdə saat 19:00-da start götürəcək.

Anar Həsənov

Top
0.055382013320923