Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.
Kriminal.Az xəbər verir ki, C Liqasının IV qrupunda mübarizə aparan milli komanda Bakıda Monteneqronu qəbul edəcək.
Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 15:00-da start götürəcək. Görüşün baş hakimi qazaxıstanlı Tatyana Sorokopudova olacaq.
Qeyd edək ki, C Liqasının IV qrupunda Litva kollektivi də mübarizə aparır.