kriminal.az
Gimnastımız Dünya Kubokunun finalına yüksəlib

Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə Dünya Kuboku start götürüb.

Kriminal.Az xəbər verir ki, ilin ilk turnirində Azərbaycan komandası da iştirak edir.

İlk gün təsnifat yarışlarından sonra, Nikita Simonov halqalarla yarışın finalına yüksəlib.

Qeyd edək ki, Avropa çempionatının gümüş mükafatçısı, ötən il Kottbusdakı yarışın qalibi yenidən Dünya kubokunun mükafatını qazanmaq şansı əldə edib.

Top
0.048712968826294