kriminal.az

"Mersedes"in "Formula-1" komandası 2025-ci il üçün W16 adlanan yeni bolidini təqdim edib.

Kriminal.Az championat.com-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, "Mersedes" 2024-cü ilin nəticələrinə görə Mühəndislər Kubokunda dördüncü yeri tutub. Corc Rassell fərdi yarışda altıncı, Lyuis Hemilton isə yeddinci olub.

Bu mövsümdə komandanı Rassell və seriyanın yeni iştirakçısı - italyan Andrea Kimi Antonelli təmsil edəcək.

Top
0.049129962921143