kriminal.az
Byanka Senzori bu dəfə ÇADRA geyindi

Avstraliyalı model Byanka Senzorinin həddindən artıq açıq obrazlarıyla təəccübləndirmək artıq o qədər də mümkün olmadığı üçün Kanye Uest yeni bir strategiya seçib. Belə ki, bu dəfə o həyat yoldaşına çadra geyindirib.

Kriminal.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Reper və onun həyat yoldaşı Los-Ancelesdə Vanessa Bikroftun rejissorluğu ilə çəkilmiş filmin ilk nümayişində görünüblər. Bu filmdə Byanka baş rolu oynayıb.

Daha əvvəl Kanye bəyan etmişdi ki, o, Byankanı bütün dünyaya özünün onu gördüyü kimi göstərmək istəyir.

"Mən həyat yoldaşım Byanka ilə çox fəxr edirəm. O, Yaponiyada çəkilmiş ilk tammetrajlı filmində baş rol oynayıb. Filmin rejissoru Vanessa Bikroftdur, prodüseri isə mənəm," - deyə Uest sosial şəbəkədə yazıb.

Qeyd edək ki, filmdə Byanka tamamilə çılpaq obrazlarda görünüb.

Top
0.061627149581909