Bakıda dava bıçaqlanma ilə nəticələnib.
Kriminal.Az APA-ya istinadla xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla mübahisə edib. Mübahisə nəticəsində bıçaqla K.Bayramov və S.Dövlətova müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
İş üzrə R.S.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.