"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun "Qalatasaray"ı məhkəməyə verəcəyi bildirilir.
Kriminal.Az "Haber Global"a istinadən xəbər verir ki, "Qalatasaray"ın "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo ilə bağlı açıqlamasından sonra onun cəbhəsi də hərəkətə keçib.
"Haber Global"ın idman direktoru Sercan Hamzaoğlunun məlumatına görə, "Qalatasaray" klubunun açıqlamasından sonra "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo vəkilləri ilə görüşüb.
Mourinyo "Qalatasaray"ı məhkəməyə vermək qərarına gəlib.
"Qalatasaray" Joze Mourinyonun ehtiyat oyunçular skamyasına "meymun kimi tullanır" deməsinin ardından irqçilik ittihamı ilə prokurorluğa cinayət işi açılacağını açıqlayıb.