kriminal.az

Türkiyənin "Haber Global" televiziya kanalının əməkdaşı Hasan Uylaş Xocalı soyqırımının 33-cü ildönümündə işğaldan azad edilən Xocalı şəhərinə səfər edib.

Kriminal.Az xəbər verir ki, Xocalıdan Türkiyədəki studiya ilə bağlantıya çıxan jurnalist qeyd edib ki, işğaldan əvvəl 11 minə yaxın insanın yaşadığı şəhərin sakinləri soyqırımından qurtulmaq üçün Qarqar çayını keçərək meşəyə tərəf üz tutublar.

Hasan Uylaş bildirib ki, həmin gün meşədə yarım metrə qədər qar olub və dinc sakinlər düşmənə əsir düşməmək üçün çox çətin şəraitdə irəliləmək məcburiyyətində qalıblar.

"Nəticədə aralarında qadın və uşaqların olduğu 613 nəfər Ermənistan işğalının qurbanına çevrilib", - deyə jurnalist qeyd edib.

"Haber Global"ın əməkdaşı Xocalıda olub, soyqırımından danışıb

Top
0.049690961837769