Qubada polis sosial şəbəkədə dələduzluq edən şəxsləri saxlayıb.
Kriminal.Az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində "Telegram" sosial şəbəkəsində kiber üsullarla vətəndaşın pul vəsaitini talayan və kriptovalyutaya çevirərək ölkə xaricinə çıxaran əvvəllər məhkum olunmuş Hafiz Hacıyev və Mədət Əliyev saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin zərərçəkmişin 9 055 manatını dələduzluq yolu ilə əldə etdikləri aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.