Göyçayda it döyüşdürən şəxs və valideyni barəsində protokol tərtib edilib.
Kriminal.Az-ın əldə etdiyi məlumata görə, fevralın 27-də sosial şəbəkədə it döyüşdürülməsi ilə bağlı paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Həmin görüntülərin Göyçay rayonunda qeydə alındığı müəyyən edilib və əməli törədən yetkinlik yaşına çatmayan şəxs valideyni ilə birlikdə ərazi polis orqanına dəvət olunub.
Onların hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək qərar qəbul olunması üçün aidiyyəti üzrə göndərilib.
Xatırladaq ki, fevralın 27-də iki itin döyüşdürülməsi ilə bağlı görüntülər . Paylaşılan videolardan məlum olur ki, aralarında güc balansı olmayan itlər digərinə xəsarət yetirir, hadisəyə şahidlik edən şəxslər isə bunu coşqu ilə qarşılayırdılar.
Aygün Mirakif