Rusiyalı sahibkar Andrey Matus məşhur müğənni Alla Puqaçova və əri, şoumen Maksim Qalkinə Moskva yaxınlığında yerləşən Qryaz kəndindəki qəsrdən qalan əşyaları çıxarmağa kömək edib.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə sahibkar "Yeni rus sensasiyaları" verilişində bəhs edib.
"Məndə Qalkin tərəfindən imzalanan müqavilə, həmçinin onun pasportu var", - deyə o əmin edib.
Matus eyni zamanda bildirib ki, Puqaçova və Qalkin xaricdə məşhur rusiyalı oliqarxın hesabına yaşayırlar.
"Onların İsraildə, Hersliya şəhərində yaşadıqları ev kirayədir. Üstəlik, bu evin kirayəsini də tanınmış oliqarx ödəyir. Yəni oliqarx onlara yaşayış yeri kirayələyib və xoş niyyət əlaməti olaraq onlara sığınacaq verib", - deyə sahibkar qeyd edib.
Matusun sözlərinə görə, o, İsraildə ulduz cütlüyə verilən mənzili görüb. Bu, kiçik, lakin çox bahalı bir ərazidir.