Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.
Kriminal.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi hökm çıxarıb.
Hökmə əsəsən, vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.
Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək ona barəsində 6 ay müddətə islah işləri cəzası verilib.
Xüsusi ittihamçı, tanınmış vəkil Ceyhun Yusifovun vəkili Asim Abbasov faktı təsdiq edib.
Qeyd edək ki, vəkil Ceyhun Yusifov Adəm Məmmədov barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi.