kriminal.az
Rusiyada bir milyon rubla nadir

Rusiyanın Sısert şəhərində nadir QAZ-M-20 "Pobeda" avtomobili satışa çıxarılıb.

Kriminal.Az Ura.ru-ya istinadla xəbər verir ki, 1955-ci ildə buraxılan maşın bir milyon rubla, təxminən 19 min manata satılır.

"Pobeda"nın vəziyyətinin texniki cəhətdən yaxşı olduğu bildirilir. Onun kilometrajı min kilometrdən azdır.

Qeyd edək ki, QAZ-M-20 "Pobeda" 1946-1958-ci illərdə istehsal edilmiş sovet minik avtomobilidir.

Top
0.047269105911255